Yuxarı

Ağstafada minik avtomobili elektrovozla toqquşub, ər və arvadı xəsarət alıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 4 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda minik avtomobili elektrovozla toqquşub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Ağstafa rayonunun Tatlı kəndində qorunan keçiddə rayon sakini Bahəddin Sultanov idarə etdiyi “VAZ-21065” markalı avtomobili elektrovoza vurub. Hadisə nəticəsində xəsarət alan B.Sultanov və sərnişini, arvadı Narınc Sultanova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi