Ağcabədi. 7 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qarabəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib və "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobil deformasiyaya uğrayıb, avtomobilin sürcüsü və onun sərnişini ağır bədən xəsarətləri alıblar. Yarlılar ətrafdakıların köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.