Ağcabədidə "Jiquli" "KamAZ"la toqquşub, iki nəfər yaralanıb - FOTO

Ağcabədidə "Jiquli" "KamAZ"la toqquşub, iki nəfər yaralanıb - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
7 Sentyabr , 2016 11:35
Ağcabədidə Jiquli KamAZla toqquşub, iki nəfər yaralanıb - FOTO

Ağcabədi. 7 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qarabəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib və "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "VAZ 2107" markalı avtomobil deformasiyaya uğrayıb, avtomobilin sürcüsü və onun sərnişini ağır bədən xəsarətləri alıblar. Yarlılar ətrafdakıların köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi