"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Nəsimi rayonunda “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub.
Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb və sıxılmış vəziyyətdə qalıb. N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, qəza Azadlıq prospektində, Birləşmiş Ştatların Bakıdakı səfirliyi qarşısında baş verib. “Chevrolet” markalı minik avtomobili səfirliyə məxsus olub.