Ukraynada "Neftçi" fan-klubu yaradılıb

Ukraynada "Neftçi" fan-klubu yaradılıb Fan-kluba brenddən istifadə edilməsi haqda icazə məktubu göndərilib
Futbol
28 Sentyabr , 2016 13:46
Ukraynada Neftçi fan-klubu yaradılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ukraynada "Neftçi” fan-klubu yaradılıb. 

"Report"un paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, fan-klubun prezidenti vəzifəsinə "Azərbaycan-Ukrayna” Beynəlxalq İttifaqının sədri Elmar Məmmədov seçilib.

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev tərəfindən fan-klub rəhbərliyinə Ukraynada klub brendindən istifadə edilməsi haqda icazə məktubu göndərilib.

Layihənin məqsədi Ukraynadakı soydaşlarımızın daha sıx vəhdətdə olması və həmyerlilərimizin bir araya gəlməsi üçün əlavə strukturun yaradılmasıdır. 

Son xəbərlər

Orphus sistemi