​UEFA Super Kubokuna biletlərin satış tarixi açıqlanıb

​UEFA Super Kubokuna biletlərin satış tarixi açıqlanıb Biletlərin qiyməti 7,15 - 30 avrodur
Futbol
8 İyun , 2015 14:54
​UEFA Super Kubokuna biletlərin satış tarixi açıqlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ UEFA Super Kuboku matçının biletləri iyunun 18-də satışa çıxarılacaq. "Report " Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda tədbirin təşkilatçıları məlumat yayıb.

Biletlərin qiyməti 7,15 - 30 avrodur. 

Qeyd edək ki, Super Kubok qarşılaşması avqustun 11-də Gürcüstanın paytaxtı Tbilisidəki "Dinamo" stadionunda keçiriləcək. Həmin gün İspaniyanın iki klubu - Çempionlar Liqasını qazanmış "Barselona" ilə Avropa Liqasının qalibi "Seviliya" komandaları üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi