Rusiya antidopinq laboratoriyası fəaliyyətini dayandırıb

Rusiya antidopinq laboratoriyası fəaliyyətini dayandırıb Səbəb antidopinq qaydalarındakı çoxsaylı pozuntular olub
Futbol
10 Noyabr , 2015 16:32
Rusiya antidopinq laboratoriyası fəaliyyətini dayandırıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya antidopinq laboratoriyasının fəaliyyətini dayandırıb. "Report"un məlumatına görə, bu barədə WADA-nın yaydığı hesabat əsasında qərar qəbul olunub.

Hesabatda laboratoriyanın lisenziyadan məhrum edilməsi, habelə, direktor Qriqori Rodçenkovun antidopinq qaydalarındakı çoxsaylı pozuntularla əlaqədar qovulması tövsiyə olunub. Xəbəri Rusiya Antidopinq Agentliyi (RUSADA) də təsdiqləyib.

Qeyd edək ki, Rusiya atletləri dopinq qalmaqalı ilə əlaqədar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarda qalma təhlükəsi ilə üzləşiblər. 

Son xəbərlər

Orphus sistemi