Ronaldu Zidandan klub prezidentinə şikayət edib

Ronaldu Zidandan klub prezidentinə şikayət edib Florentino Peresin cavab mesajı da onu sakitləşdirməyib
Futbol
26 Sentyabr , 2016 16:42
Ronaldu Zidandan klub prezidentinə şikayət edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu baş məşqçi Zinəddin Zidandan şikayət edib. "Report"un "Madrid-barcelona"ya istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu şikayətini klub prezidenti Florentina Peresə ünvanlayıb.

Klub prezidentin "Əsəbiləşməyindən xəbərim var" məzmunlu cavab mesajı da Ronaldunu sakitləşdirməyib. O, işlərin belə davam etməyəcəyini, düzgün yolda olmadıqlarını söyləyib.

Qeyd edək ki, baş məşqçi Zinəddin Zidan Ronaldunu La Liqanın VI turunda "Las Palmas"la (2:2) səfər oyununun 72-ci dəqiqəsində əvəzləyib. Buna qəzəblənən Ronaldu Zidanı söyüb. Oyun sonrası mətbuat konfransında Zidan portuqaliyalının daha vacib olan Çempionlar Liqasına saxladığını bildirib.

Son xəbərlər

Orphus sistemi