​Qətərdə keçiriləcək Dünya Çempionatının təqvimi açıqlanıb

​Qətərdə keçiriləcək Dünya Çempionatının təqvimi açıqlanıb Final oyunu dekabrın 18-də keçiriləcək
Futbol
20 Mart , 2015 12:13
​Qətərdə keçiriləcək Dünya Çempionatının təqvimi açıqlanıb

Bakı. 20 mart. REPORT.AZ/ Futbol üzrə 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının təqvimi rəsmən açıqlanıb. "Report"un FIFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumunun İcraiyyə Komitəsi dünən keçirdiyi iclasda marafonun 28 gün davam edəcəyi haqda qərar qəbul edib.

Belə ki, 2022-ci il noyabrın 21-də çempionata start veriləcək. 32 ölkənin iştirak edəcəyi mundial dekabrın 18-də final oyunu ilə başa çatacaq.

Qeyd edək ki, 1930-cu ildən keçirilən Dünya çempionatı ilk dəfə qışda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi