"Qəbələ" klubu azarkeşinin oyun zamanı meydana girməsi səbəbindən cərimələnib

"Qəbələ" klubu azarkeşinin oyun zamanı meydana girməsi səbəbindən cərimələnib "Sumqayıt"ın baş məşqçisi isə "Neftçi" ilə oyunu tribunadan izləməli olacaq
Futbol
27 Sentyabr , 2016 12:44
Qəbələ klubu azarkeşinin oyun zamanı meydana girməsi səbəbindən cərimələnib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqası klublarından "Qəbələ" və "Sumqayıt" cəzalandırılıb, AZAL-a xəbərdarlıq olunub. 

Qərarlarda bildirilir ki, III turdan təxirə salınmış "Qəbələ” – "Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. "Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib.

85-ci dəqiqədə "Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğu üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. Abasov bu gün "Neftçi" ilə Premyer Liqanın VI tur matçını tribunadan izləyəcək. 

VI turun AZAL – "İnter” matçında Peşəkar Futbol Liqasının himni səslənməyib və stadionun tablosu işlək vəziyyətdə olmayıb. Bununla əlaqədar AZAL klubuna xəbardarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.

Son xəbərlər

Orphus sistemi