Report xəbər verir ki, püşkatmanın nəticələrinə görə Ağdamın "Qarabağ" klubunun rəqibləri məlum olub.
Azərbaycan klubu F qrupuna düşüb - onun rəqibləri "İnter" (İtaliya), "Dnepr" (Ukrayna), "Sent-Etyen" (Fransa) komandaları olacaq.
Xatırladaq ki, dünən "Qarabağ" Hollandiyanın "Tvente" klubu ilə heç-heçə oynayıb və səfərdə vurulan qol sayəsində Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.