"Qarabağ" klubunun Avropa Liqasındakı rəqibləri məlum olub

"Qarabağ" klubunun Avropa Liqasındakı rəqibləri məlum olub Ağdamlılar Milanın "İnter" komandası ilə bir qrupa düşüblər
Futbol
29 Avqust , 2014 17:19
Qarabağ klubunun Avropa Liqasındakı rəqibləri məlum olub
Bakı. 29 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasının püşkətma mərasimi keçirilib.

Report xəbər verir ki, püşkatmanın nəticələrinə görə Ağdamın "Qarabağ" klubunun rəqibləri məlum olub.   

Azərbaycan klubu F qrupuna düşüb - onun rəqibləri "İnter"  (İtaliya), "Dnepr" (Ukrayna), "Sent-Etyen" (Fransa) komandaları olacaq.

Xatırladaq ki, dünən "Qarabağ" Hollandiyanın  "Tvente" klubu ilə heç-heçə oynayıb və səfərdə vurulan qol sayəsində Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi