​PSJ transferlərə 300 milyon avro xərcləyəcək

​PSJ transferlərə 300 milyon avro xərcləyəcək Klubun transfer siyahısına Neymar, Ronaldo və Qrizmann daxildir
Futbol
4 May , 2016 02:59
​PSJ transferlərə 300 milyon avro xərcləyəcək

Bakı. 4 May. REPORT.AZ/ Futbol üzrə Fransa çempionu olan PSJ yay transfer pəncərəsi dövründə iddialı futbolçuları heyətinə cəlb etməyə hazırlaşır.

"Report" xəbər verir ki, "France Football" nəşrinin məlumatına görə, klub rəhbərliyi heyətin yenilənməsi üçün məşqçilər qərargahına 250-300 milyon avro ayıracaq.

Komandadan gedən futbolçuların yerinə yeniləri alınmaqla yanaşı, həm də heyətin gücləndirilməsi üçün vəsait sərf olunacaq.

Qeyd olunur ki, PSJ-nin transfer siyahısına "Barselona"dan Neymar, "Real"dan Ronaldo və "Atletiko M"dan Antuan Qrizmann daxildir.

Son xəbərlər

Orphus sistemi