Pele bütün mükafatlarını hərraca çıxarır

Pele bütün mükafatlarını hərraca çıxarır Hərrac iyunda Londonda olacaq
Futbol
31 May , 2016 12:29
Pele bütün mükafatlarını hərraca çıxarır

Bakı. 31 may. REPORT.AZ/ Ötənlərin məşhur futbolçusu Pele bütün mükafat və xatirə hədiyyələrini hərraca qoyacaq. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Braziliya millisinin sabiq hücumçusu əşyalarını iyunda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək üçgünlük hərraca çıxarmaq niyyətindədir. 

75 yaşlı futbol ulduzu dünya çempionatının 3 qızıl medalı, eləcə də 1000-ci qolu vurduğu topla vidalaşmaq niyyətindədir. Medalların hər biri 141 min funt sterlinq, top isə 28-42 min funt  sterlinq dəyərindədir. 

Qeyd edək ki, Pele 1958, 1962 və 1970-ci il dünya çempionatlarının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi