"Neftçi" klubuna 3 əcnəbi futbolçu baxışa gəlib

"Neftçi" klubuna 3 əcnəbi futbolçu baxışa gəlib Oyunçulardan biri qapıçı, ikisi isə yarımmüdafiəçidir
Futbol
7 Oktyabr , 2016 14:19
Neftçi klubuna 3 əcnəbi futbolçu baxışa gəlib

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Neftçi” heyətini gücləndirmək üçün yeni futbolçuları baxışa çağırıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, futbolçuların hər 3-ü legionerdr. 

Baxışda olanlardan biri qapıçı, ikisi isə yarımmüdafiəçidir. 31 yaşlı serbiyalı qapıçı Boban Baykoviç "Srvena Zvezda", "Yedinstvo", "Radniçki", "Rad", "Smederevo", "Srem Mitrovitsa" klubları, eləcə də Çernoqoriya "Lovçen"i və Belçika "Lyers"inin qapısını qoruyub.

Latviyalı yarımmüdafiəçi Aleksandrs Fertovs Latviyanın "Olimp” və "Skonto”, Ukraynanın "Sevastopol” və Polşanın "Korona” klublarında çıxış edib. 29 yaşlı futbolçu Latviya milli komandasının heyətində 35 oyunda meydana çıxıb.

Braziliyalı futbolçu Jonas Enrike Pessalli isə "Qremio”nun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçi Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarının da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi