“Baku Fire”nin kapitanı: İddialı açıqlama verməyimə səbəb yaxşı çıxış etməyimiz idi

“Baku Fire”nin kapitanı: İddialı açıqlama verməyimə səbəb yaxşı çıxış etməyimiz idi Oyundan əvvəl iddialı açıqlama verməyimə səbəb mövsüm boyu yaxşı çıxış etməyimiz idi.
Futbol
7 May , 2024 18:20
“Baku Fire”nin kapitanı: İddialı açıqlama verməyimə səbəb yaxşı çıxış etməyimiz idi

Oyundan əvvəl iddialı açıqlama verməyimə səbəb mövsüm boyu yaxşı çıxış etməyimiz idi.

Bunu “Report”a açıqlamasında “Baku Fire”nin kapitanı Elvin Quliyev futzal üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün finalında “Araz-Naxçıvan”a məğlub olmaları haqda danışarkən deyib.

O, matça yaxşı hazırlaşdıqlarını söyləyib: “Rəqibi yaxşı tanıyırdıq. Oyun da yaxşı hazırlıq keçdiyimizi göstərdi. Amma bu final oyunudur və penaltilər seriyasına gedə bilir. İkinci hissənin sonlarında hesabda 5:3 irəlidə olsaq da, rəqib beşinci oyunçudan istifadə etdi və qapımıza iki qol vurdu. Nəticədə qarşılaşma penaltilər seriyasına qədər uzandı. Burada da hər iki komanda qələbə qazana bilərdi”.

Oyundan əvvəl iddialı açıqlamalar verən kapitan yeni futzalçıların milliyə dəvət olunması üçün çox çalışdıqlarını və istəklərinə nail olduqlarını vurğulayıb: “Belə açıqlama verməyimə səbəb mövsüm boyu yaxşı çıxış etməyimiz idi. Yerli futzalçıların milliyə dəvət olunması üçün məşqçilər korpusu çox çalışıb, istəyinə nail olub. Uşaqların performansı, məşqlərdə yaxşı çalışmaları oyun haqqında inamlı danışmağıma imkan verdi”.

Qeyd edək ki, final görüşünün əsas və əlavə vaxtı 5:5 hesabı ilə bitib. "Araz-Naxçıvan" penaltilər seriyasında 5:4 hesablı qalibiyyətə sevinib.

Son xəbərlər

Orphus sistemi