"Araz-Naxçıvan"ın futzalçısı: Oyundan əvvəl düşünürdüm ki, əsas vaxtda qalib gələcəyik

"Araz-Naxçıvan"ın futzalçısı: Oyundan əvvəl düşünürdüm ki, əsas vaxtda qalib gələcəyik Oyundan əvvəl düşünürdüm ki, əsas vaxtda qalib gələcəyik.
Futbol
7 May , 2024 17:21
Araz-Naxçıvanın futzalçısı: Oyundan əvvəl düşünürdüm ki, əsas vaxtda qalib gələcəyik

Oyundan əvvəl düşünürdüm ki, əsas vaxtda qalib gələcəyik.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın futzalçısı Amadeu Azərbaycan Kubokunun 2023/2024 mövsümünün finalında "Baku Fire" üzərində qazandıqları qələbə haqda danışarkən deyib.

O çətin oyun olduğunu bildirib: "Çətin qarşılaşma oldu. 10 aydır çalışırıq. "Baku Fire" zəif komanda deyil. Ulduz futbolçulara malik olmasalar da, kollektiv kimi güclüdürlər. Oyundan əvvəl düşünürdüm ki əsas vaxtda qalib gələcəyik. Amma çətin oldu və penaltilər seriyasına getdi".

Qeyd edək ki, final görüşünün əsas və əlavə vaxtı 5:5 hesabı ilə bitib. "Araz-Naxçıvan" penaltilər seriyasında 5:4 hesablı qalibiyyətə sevinib.

Son xəbərlər

Orphus sistemi