​Interpol 6 keçmiş FIFA məmurunun həbsinə order verib

​Interpol 6 keçmiş FIFA məmurunun həbsinə order verib İnterpol ABŞ-ın sorğusuna əsasən korrupsiyada ittiham olunan keçmiş FIFA səlahiyyətlilərinin həbsinə "qırmızı order" verib
Futbol
3 İyun , 2015 15:46
​Interpol 6 keçmiş FIFA məmurunun həbsinə order verib

Bakı. 3 iyun. REPORT.AZ/ Interpol Amerika Birləşmiş Ştatlarının sorğusuna əsasən korrupsiyada ittiham olunan keçmiş FIFA səlahiyyətlilərinin həbsinə "qırmızı order" imzalayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Ötən həftə Sürixdə korrupsiya ittihamı ilə bir sıra yüksək vəzifəli FIFA səlahiyyətlisi, o cümlədən qurumun vitse-prezidentləri Ceffri Uebb və Euxenio Fiqeredo, həmçinin Eduardo Li, Xulio Roka, Kostas Takkas, Rafael Eskuivel, Xose Mariya Marin həbs olunublar.

Bundan başqa, bir sıra məmurlara qarşı da ittihamlar irəli sürülüb. Onların arasında Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının keçmiş prezidenti, yaxın keçmişdə FIFA-nın vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nicola Leos da var.

Həbs qərarı Uornerə, Leosa və FIFA ilə bağlı şirkətlərinin nümayəndələri Alexandro Burzako, Uqo və Mariano Djinkislər, həmçinin Xose Margulis barəsində verilib.

Son xəbərlər

Orphus sistemi