​Futbol üzrə Azərbaycan milli komandası Norveç yığması ilə qarşılaşacaq

​Futbol üzrə Azərbaycan milli komandası Norveç yığması ilə qarşılaşacaq Qarşılaşma polşalı hakimə həvalə edilib
Futbol
12 İyun , 2015 17:10
​Futbol üzrə Azərbaycan milli komandası Norveç yığması ilə qarşılaşacaq

Bakı. 12 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi bu gecə AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq. "Report"un məlumatına görə, H qrupunda mübarizə aparan milli komanda baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında 2-si rəsmi olmaqla, üçüncü matçına çıxacaq.

Xorvatiyalının debüt oyununda Malta yığmasını 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi yoldaşlıq görüşündə Serbiyaya uduzub - 1:4.

Qarşılaşmanı polşalı hakim Pavel Qil idarə edəcək. Osloda "Ullevol" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası hazırda 5 oyundan sonra 3 xalla 5-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi