Bakı. 12 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi bu gecə AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq. "Report"un məlumatına görə, H qrupunda mübarizə aparan milli komanda baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında 2-si rəsmi olmaqla, üçüncü matçına çıxacaq.
Xorvatiyalının debüt oyununda Malta yığmasını 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi yoldaşlıq görüşündə Serbiyaya uduzub - 1:4.
Qarşılaşmanı polşalı hakim Pavel Qil idarə edəcək. Osloda "Ullevol" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası hazırda 5 oyundan sonra 3 xalla 5-ci pillədədir.