Azərbaycan millisi FİFA-nın yeni reytinq siyahısında irəliləyib

Azərbaycan millisi FİFA-nın yeni reytinq siyahısında irəliləyib Hazırda 272 xala malik yığma 115-ci pillədədir
Futbol
4 İyun , 2015 16:28
Azərbaycan millisi FİFA-nın yeni reytinq siyahısında irəliləyib

Bakı. 4 iyun. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq siyahısını dərc edib. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə irəliləyib.

Hazırda 272 xala malik yığma 115-ci pillədə qərarlaşıb.

AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, İtaliya 1101 xalla 13-cü pillədə qalıb, 1 pillə gerilən Xorvatiya 992 xalla 18-ci pilləyə enib. İyunun 12-də Azərbaycan yığması ilə qarşılaşacaq Norveç 6 pillə irəliləyərək 528 xalla 64-cü pillədə qərarlaşıb. Bolqarıstan isə 5 pillə irəliləyib və 537 xalla 62-ci mövqeni ələ keçirib. Malta isə 4 pillə irəliləyib. Hazırda ada-dövlət 154 xalla 145-cidir.

Qeyd edək ki, siyahıya yenə dünya çempionu Almaniya başçılıq edir. Bundestimin aktivində 1777 xal var. 1 pillə irəliləyən Belçika 1509 xalla 2-ci, 1 pillə geriləyən Argentina 1496 xalla 3-cüdür.  

Son xəbərlər

Orphus sistemi