Azərbaycan futbolunun inkişafına dair yeni Dövlət Proqramında klublara maliyyə dəstəyi nəzərdə tutulub

Azərbaycan futbolunun inkişafına dair yeni Dövlət Proqramında klublara maliyyə dəstəyi nəzərdə tutulub Elxan Məmmədov: "Amma konkret məbləğ göstərilməyib"
Futbol
2 İyun , 2015 16:05
Azərbaycan futbolunun inkişafına dair yeni Dövlət Proqramında klublara maliyyə dəstəyi nəzərdə tutulub

Bakı. 2 iyun. REPORT.AZ/ "Azərbaycan futbolunun inkişafına dair yeni Dövlət Proqramı layihəsi artıq hazırdır". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O bildirib ki, əvvəlki 10 illik proqram bu il yekunlaşır və artıq AFFA-nın martın 6-da keçirilmiş Konfransında futbol ictimaiyyətinə və Azərbaycan hökumətinə hesabat təqdim edilib. Eyni zamanda, yeni proqramın hazırlıq işlərinə başlanılıb: "Layihə artıq hazırdır. Dövlət qurumları və təşkilatları ilə danışıqlar aparırıq. Təbii ki, məsləhətləri də nəzərə alırıq. Ümidvaram ki, gələcəkdə yeni proqram təsdiqlənəcək".

Baş katibin sözlərinə görə, yeni Dövlət Proqramı 10 illik planlaşdırılsa da, dövlətin tövsiyə və məsləhətlərini də nəzərə almaq lazımdır: "Dövlət 2005-2015-ci illərdə Azərbaycan futboluna və ümumilikdə idmana böyük dəstək verdi. Ümidvarıq ki, yeni Dövlət Proqramı da 10 illik olacaq".

E.Məmmədov yeni Dövlət Proqramında klublara 1,5 milyon manat dövlət yardımının nəzərdə tutulduğuna dair xəbərlərə də münasibət bildirib: "Təbii ki, maliyyəyə də ehtiyacımız olacaq. Amma Dövlət Proqramında konkret məbləğ göstərilməyib. Ümumi olaraq söhbət maliyyə dəstəyindən gedir".

Son xəbərlər

Orphus sistemi