AFFA və UEFA rəhbərliyi arasında görüş keçirilib

AFFA və UEFA rəhbərliyi arasında görüş keçirilib Rövnəq Abdullayev Aleksandr Çeferini bir daha təbrik edib
Futbol
30 Sentyabr , 2016 15:25
AFFA və UEFA rəhbərliyi arasında görüş keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün AFFA prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferinlə görüşüb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Abdullayev UEFA prezidenti seçilməsi münasibətilə A.Çeferini bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı AFFA və UEFA arasında mövcud əməkdaşlığın müvəffəqiyyətlə davam etdirildiyi vurğulanıb, gələcək planlar müzakirə olunub. 

AFFA prezidenti bildirib ki, UEFA ilə AFFA əməkdaşlarının birgə əməyi sayəsində son 6 ayda Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb və dünən UEFA və AFFA nümayəndələrinin iştirakı ilə proqram layihəsi geniş müzakirə olunub.

"GROW 2020" adlanan proqramda 5 illik inkişaf strategiyası nəzərdə tutulub. AFFA rəhbəri təmsil etdiyi qurumun UEFA ilə birgə yeni inkişaf strategiyası hazırlayan ilk milli assosiasiyalardan biri olmasının sevindirici hal olduğunu deyib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun, baş katib Elxan Məmmədovun, UEFA-nın baş katibi Teodor Teodoridisin və UEFA-nın əməkdaşı Zoran Lakoviçin iştirak etdiyi görüşün sonunda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi