AFFA İcraiyyə Komitəsinin iclası başlayıb

AFFA İcraiyyə Komitəsinin iclası başlayıb Toplantıda əsas müzakirələr Azərbaycan Premyer Liqası ətrafında aparılacaq
Futbol
7 İyun , 2016 11:02
AFFA İcraiyyə Komitəsinin iclası başlayıb

Bakı. 7 iyun. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin iclası işə başlayıb. "Report"un məlumatına görə, milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında keçirilən iclasa üzvlərdən Rauf Əliyev, Elşad Nəsirov, Firudin Qurbanov, Kazbek Tuayev, İsgəndər Cavadov və Qurban Qurbanov qatılıb. 

Toplantıda baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və "Sumqayıt" klubunun Müşahidə Şurasının üzvü Muxtar Babayev qatılıb. 

Qeyd edək ki, iclasda əsas müzakirələr Azərbaycan Premyer Liqası ətrafında aparılacaq. 

Son xəbərlər

Orphus sistemi