Ronaldo dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb

Ronaldo dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb Braziliya millisinin sabiq futbolçusu Ronaldo hazırda karyerasını davam etdirən dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.
Futbol
1 Fevral , 2022 18:35
Ronaldo dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb

Braziliya millisinin sabiq futbolçusu Ronaldo hazırda karyerasını davam etdirən dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.

"Report"un məlumatına görə, veteran hücumçu "Football Italia" nəşrinə açıqlamasında İspaniya "Real Madrid"ində çıxış edən Kərim Benzemanı fərqləndirib.

O, ikinci yerə isə Almaniya "Bavariya"sından Robert Levandovskini layiq görüb: "Erlinq Holann gələcəkdə ən yaxşı olacaq. Amma hazırda Benzema və Levandovski ondan güclüdürlər. Kilian Mbappe də yaxşı hücumçudur".

Qeyd edək ki, peşəkar karyerasını 2011-ci ildə başa vurmuş Ronaldo bunadək ölkəsinin "Kruzeyro", "Korintians", Fransanın PSV, İspaniyanın "Barselona", "Real Madrid", həmçinin İtaliyanın "İnter" və "Milan" klublarının formasını geyinib. Tanınmış futbolçu eyni zamanda ikiqat dünya çempionudur.

Son xəbərlər

Orphus sistemi