Belçika millisinin baş məşqçisi "Real"ın qapıçısını Avropa çempionatına aparmayacaq

Belçika millisinin baş məşqçisi "Real"ın qapıçısını Avropa çempionatına aparmayacaq Belçika millisinin baş məşqçisi Domeniko Tedesko "Real"ın qapıçısı Tibo Kurtuanı Almaniyada keçiriləcək Avropa çempionatına aparmayacaq.
Futbol
1 May , 2024 11:29
Belçika millisinin baş məşqçisi Realın qapıçısını Avropa çempionatına aparmayacaq

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko "Real"ın qapıçısı Tibo Kurtuanı Almaniyada keçiriləcək Avropa çempionatına aparmayacaq.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə mütəxəssis özü açıqlama verib.

“Bu mövzuda artıq hər şey deyilib. Mən stolüstü tennis oynamaq istəmirəm. Diqqətimizi yaxşı formada olan oyunçulara yönəltmişik”, - deyə Tedesko söyləyib.

Ötən il avqustda Kurtuaya sol dizin ön çarpaz bağının yırtılması diaqnozu qoyulmuşdu. 2024-cü ilin martında isə qapıçı sağ dizindən əməliyyat olunmuşdu.

31 yaşlı qolkiper artıq zədəsini sağaldıb və Madrid təmsilçisinin "Bavariya" ilə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında ehtiyat oyunçular skamyasında yer alıb. "Real"ın baş məşqçisi Karlo Ançelotti onun meydana qayıdışının La Liqanın 34-cü turunun "Kadis"lə mayın 4-də keçiriləcək matçında baş tuta biləcəyini bildirib.

Xatırladaq ki, Kurtuanın Tedesko ilə münasibətləri 2023-cü ilin yayında pisləşib. Belçika millisinin baş məşqçisi Kevin De Bruyne zədələndikdən sonra onun yerinə Romelu Lukakunu kapitan təyin edib. Kurtua isə buna etiraz əlaməti olaraq komandanın düşərgəsini tərk edib.

Son xəbərlər

Orphus sistemi