Ürəktutması keçirən futbolçu həkimlərin qərarını gözləyir

Ürəktutması keçirən futbolçu həkimlərin qərarını gözləyir İngiltərənin "Luton" futbol klubunun kapitanı, 2023-cü ilin dekabrında "Bornmut"la matçda ürəktutması keçirən Tom Lokyer karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı həkimlərin qərarını gözləyir.
Futbol
1 May , 2024 14:26
Ürəktutması keçirən futbolçu həkimlərin qərarını gözləyir

İngiltərənin "Luton" futbol klubunun kapitanı, 2023-cü ilin dekabrında "Bornmut"la matçda ürəktutması keçirən Tom Lokyer karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı həkimlərin qərarını gözləyir.

"Report" xəbər verir ki, xoşagəlməz hadisədən sonra 29 yaşlı uelsliyə defibrillyator quraşdırılıb.

"Meydana qayıtmağımla bağlı daha sonra qərar veriləcək. Kardioloq hər an daha oynamayacağımı deyə bilər. Bu baş verərsə, qəbul edəcəm, çünki hələ də xəstəxanadayam", – deyə futbolçu bildirib.

Bu yaxınlarda ata olan T.Lokyer övladını görmək fürsəti əldə etdiyi üçün çox sevinclidir: "Qızımı qucağımda tutmaq heyrətamizdir. Övladınız üçün hiss etdiyiniz sevgi inanılmaz dərəcədə güclüdür. Onun böyüməsini, dəyişməsini və gülümsəməsini görmək fürsətinə görə çox minnətdaram".

Son xəbərlər

Orphus sistemi