"Qalatasaray" Rusiya yığmasının futbolçusu ilə maraqlanır

"Qalatasaray" Rusiya yığmasının futbolçusu ilə maraqlanır Roman Noyştedter Avropa çempionatına aparılacaq
Futbol
3 İyun , 2016 14:03
Qalatasaray Rusiya yığmasının futbolçusu ilə maraqlanır

Bakı. 3 iyun. REPORT.AZ/ Rusiya milli komandasının və Almaniyanın "Şalke" klubunun futbolçusu Roman Noyştedter karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, 28 yaşlı müdafiəçinin transferində "Qalatasaray" rəhbərliyi maraqlıdır. 

Təcrübəli oyunçunun hazırkı klubu ilə müqaviləsi iyunun sonlarında başa çatır. "Sarı-qırmızılar" onu azad agent kimi əldə etmək istəyirlər. "Qalatasaray" alternativ variant kimi Martin Şkrtelin İngiltərə "Liverpul"undan alınmasını da nəzərdən keçirir. Lakin hazırkı klubu slovakiyalı müdafiəçidən ötrü 5 - 7 milyon avro civarında qazanc əldə etmək niyyətindədir. 

Noyştedter ötən mövsüm "Şalke"nin heyətində Bundesliqada 30 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu yaxınlarda Rusiya pasportu alan futbolçu 2016-cı il Avropa çempionatına yollanacaq heyətə salınıb. Çempionat iyunun 10-dan iyulun 10-dək Fransada təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi