​Messi "Barsa"nın prezidentinə yeni baş məşqçi təklif edib

​Messi "Barsa"nın prezidentinə yeni baş məşqçi təklif edib O, Luis Enrikenin əvəzlənməsini təklif edib
Futbol
10 Yanvar , 2015 13:58
​Messi Barsanın prezidentinə yeni baş məşqçi təklif edib

Bakı. 10 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun prezidenti Josef Bartomeu futbolçu Lionel Messi ilə görüşüb. "Report"un İspaniyanın "TV3" kanalına istinadən verdiyi məlumata görə, İspaniya kubokunun 1/8 final mərhələsində keçirilən "Elçe" (5:0) ilə qarşılaşmadan sonra baş tutan görüşdə yeni baş məşqçi məsələsi müzakirə olunub.

Klub prezidenti görüşdə Luis Enrike məsələsində Messiyə onu dəstəklədiyini deyib. 27 yaşlı hücumçu isə öz növbəsində Enrikenin əvəzinə "Barselona"nın baş məşqçi postuna Frank Raykardı məsləhət bildiyini söyləyib.

Qeyd edək ki, bir müddətdir baş məşqçi Luis Enrike və Lionel Messi arasında qarşıdurma yaşanır. Klub prezidenti isə bu məsələdə argentinalıya dəstək verdiyini bildirir.

Son xəbərlər

Orphus sistemi