Bakı. 4 iyul. REPORT.AZ/ Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisinin "Dinamo" və Azərbaycanın "Qəbələ" klubları arasında keçirilən matçdan sonra baş verən insidentlə bağlı yayılan məlumatlardan narahatlığını ifadə edib. "Report" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti administrasiyasından bildirilib.
Məlumatda deyilir ki, İrakli Qaribaşvili Gürcüstan-Azərbaycan arasındakı strateji tərəfdaşlığın vacibliyini vurğulayıb və dövlət heç bir kəsə bu münasibətlərə xələl gətirə biləcək təxribat xarakterli hərəkətləri törətməyə imkan verməyəcəyini qeyd edib.
"Biz Azərbaycan dövləti və Azərbaycan xalqı ilə dostluq münasibətlərimizə yüksək dəyər veririk. Azərbaycan Gürcüstanın vacib strateji tərəfdaşıdır. Mən Gürcüstan hökümətinin başçısı olaraq qəti şəkildə bəyan edirəm ki, hökümət bizim dost Azərbaycanla ikitərəfli münasibətlərimizə kölgə sala biləcək bu kimi təxrıbatları törətməyə heç kimə imkan verməyəcək. Mən artıq