"Mançester Yunayted"in futbolçusu İngiltərəyə qayıtmaq istəmir

"Mançester Yunayted"in futbolçusu İngiltərəyə qayıtmaq istəmir Müqavilə ilə İngiltərə klubu “Mançester Yunayted”ə məxsus olan, hazırda Almaniya “Borussiya”sında icarə əsasında çıxış edən Ceydon Sanço İngiltərəyə qayıtmaq istəmir.
Futbol
4 May , 2024 11:40
Mançester Yunaytedin futbolçusu İngiltərəyə qayıtmaq istəmir

Müqavilə ilə “Mançester Yunayted” klubuna məxsus olan, hazırda Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Ceydon Sanço İngiltərəyə qayıtmaq istəmir.

“Report”un “Sky Sport”a istinadən məlumatına görə, yarımmüdafiəçi "Borussiya"da qalmağa üstünlük verəcək.

Almaniya klubu futbolçunu satmağa hazırlaşan “Mançester Yunayted” rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, Sanço bu ilin yanvarında “Borussiya”ya icarəyə verilib. 24 yaşlı yarımmüdafiəçinin icarə müddəti cari mövsümün sonunda bitəcək.

Son xəbərlər

Orphus sistemi