AVRO-2024: Slovakiya millisi final mərhələsində iştirakı təmin edib

AVRO-2024: Slovakiya millisi final mərhələsində iştirakı təmin edib AVRO-2024-ün seçmə mərhələsində IX tura start verilib.
Futbol
17 Noyabr , 2023 02:03
AVRO-2024: Slovakiya millisi final mərhələsində iştirakı təmin edib

AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşlərə start verilib.

“Report” xəbər verir ki, ilk gündə 9 qarşılaşma baş tutub.

İslandiyanı məğlub edən Slovakiya yığması final mərhələsində iştirakını təmin edib. Lüksemburq gözlənilmədən Bosniya və Herseqovinanı darmadağın edib. Portuqaliya Lixtenşteynə qarşı matçda cəmi iki qolla kifayətlənib. Turun sensasiyası isə Bakıda olub.

AVRO-2024, seçmə mərhələ

16 oktyabr

A qrupu

Kipr - İspaniya 1:3

Gürcüstan - Şotlandiya 2:2

Xal durumu: İspaniya - 18, Şotlandiya - 16, Norveç - 10, Gürcüstan - 8, Kipr - 0.

F qrupu

Azərbaycan - İsveç 3:0

Estoniya - Avstriya 0:2

Xal durumu: Avstriya - 19, Belçika - 17, İsveç - 7, Azərbaycan - 7, Estoniya - 1.

G qrupu

Bolqarıstan - Macarıstan 2:2

Monteneqro - Litva 2:0

Xal durumu: Macarıstan - 15, Serbiya - 13, Monteneqro - 11, Litva - 6, Bolqarıstan - 3.

J qrupu

Lixtenşteyn - Portuqaliya 0:2

Lüksemburq - Bosniya və Herseqovina 4:1

Slovakiya - İslandiya 4:2

Xal durumu: Portuqaliya - 27, Slovakiya - 19, Lüksemburq - 14, İslandiya - 10, Bosniya və Herseqovina - 9, Lixtenşteyn - 0.

Son xəbərlər

Orphus sistemi