Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib - YENİLƏNİB - 8

Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib - YENİLƏNİB - 8 AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.
Futbol
16 Noyabr , 2023 22:54
Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib - YENİLƏNİB - 8

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov, 6-cı dəqiqədə isə Renat Dadaşov vurub.

57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin 7 xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

22:48

Azərbaycan millisi Bakıda İsveç yığmasına qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda fərqi daha da artırıb.

"Report" xəbər verir ki, Emin Mahmudov 89-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Yarımmüdafiəçi uzaq məsafədən baxımlı qola imza ataraq hesabı 3:0 edib.

22:17

Azərbaycan millisi Bakıda İsveç yığmasına qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda azlıqda qalıb.

"Report" xəbər verir ki, Bəhlul Mustafazadə 57-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, komandamız hazırda 2:0 hesabı ilə öndədir.

22:05

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, yığmamız 2:0 hesabı ilə öndədir.

Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə isə Renat Dadaşov vurublar.

21:47

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, yığmamız fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.

Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə isə Renat Dadaşov vurublar.

21:10

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib - 2:0.

6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.

21:05

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada yığmamız 3-cü dəqiqədə rəqibi məyus edib.

Kapitan Emin Mahmudov Renat Dadaşovun ötürməsindən sonra adını tabloya yazdırıb.

20:00

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya səfərdə Estoniya ilə üz-üzə gəlir.

19:59

AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov.

Baş məşqçi: Canni De Byazi.

İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski, 17. Viktor Qyökeres.

Baş məşqçi: Yanne Anderson.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.

Son xəbərlər

Orphus sistemi