Olimpiya lisenziyalı Avropa təsnifat yarışı uğrunda mübarizədə Türkiyə Azərbaycanı qabaqlayıb

Olimpiya lisenziyalı Avropa təsnifat yarışı uğrunda mübarizədə Türkiyə Azərbaycanı qabaqlayıb 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat yarışı Azərbaycanda keçirilməyəcək
Fərdi
31 Yanvar , 2015 11:58
Olimpiya lisenziyalı Avropa təsnifat yarışı uğrunda mübarizədə Türkiyə Azərbaycanı qabaqlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat yarışı Azərbaycanda keçirilməyəcək. "Report"un məlumatına görə, nüfuzlu yarış uğrunda mübarizədə Türkiyə qalib olub.

Yunanıstanın paytaxtı Afinada keçirilən səsvermədə namizədlərdən İstanbul şəhəri daha çox səs qazanıb. Yarış gələn il 16-17 yanvarda keçiriləcək. 

Qeyd edək ki, Avropa təsnifat yarışı olimpiadaya lisenziya xarakteri daşıyan son turnir sayılır. 

Son xəbərlər

Orphus sistemi