Yuxarı

Olimpiya lisenziyalı Avropa təsnifat yarışı uğrunda mübarizədə Türkiyə Azərbaycanı qabaqlayıb

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat yarışı  Azərbaycanda keçirilməyəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat yarışı Azərbaycanda keçirilməyəcək. "Report"un məlumatına görə, nüfuzlu yarış uğrunda mübarizədə Türkiyə qalib olub.

Yunanıstanın paytaxtı Afinada keçirilən səsvermədə namizədlərdən İstanbul şəhəri daha çox səs qazanıb. Yarış gələn il 16-17 yanvarda keçiriləcək. 

Qeyd edək ki, Avropa təsnifat yarışı olimpiadaya lisenziya xarakteri daşıyan son turnir sayılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi