Milli Olimpiya Komitələri Assosiasiyasının sabiq prezidenti vəfat edib

Milli Olimpiya Komitələri Assosiasiyasının sabiq prezidenti vəfat edib Meksikalı mediamaqnat 82 yaşında dünyasını dəyişib
Fərdi
9 Fevral , 2015 14:04
Milli Olimpiya Komitələri Assosiasiyasının sabiq prezidenti vəfat edib

Bakı. 9 fevral. REPORT.AZ/ Milli Olimpiya Komitələri Assosiasiyasının sabiq rəhbəri (ANOC) və Beynəlxalq Olimpiya Komitəsinin (İOC) üzvü Mario Vaskes Ranya 82 yaşında vəfat edib. "Report"un məlumatına görə, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Meksikalı mediamaqnat ANOC-a 33 il müddətində rəhbərlik edib. O, 2012-ci ildə İOC-dakı bütün vəzifələrindən istefa verib. Ciddi xəstəliklə mübarizə aparan biznesmen son olaraq Panamerika İdman Təşkilatına rəhbrəlik edib.

Qeyd edək ki, Mario Vaskes Rana 1994-cü ildə ilk dəfə Azərbaycanda səfərdə olub. 

Son xəbərlər

Orphus sistemi