Beynəlxalq Olimpiya Komitəsi "SportAccord"un maliyyələşməsini dayandırıb

Beynəlxalq Olimpiya Komitəsi "SportAccord"un maliyyələşməsini dayandırıb BOK belə bir qurumu tanımayacaq
Fərdi
8 İyun , 2015 10:44
Beynəlxalq Olimpiya Komitəsi SportAccordun maliyyələşməsini dayandırıb

Bakı. 8 iyun. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) olimpiya və qeyri-olimpiya növləri üzrə federasiyaları özündə birləşdirən "SportAccord"un maliyyələşməsini dayandırıb. "Report"un məlumatına görə, bu barədə BOK-un yaydığı press-relizdə bildirilir. 

Rəsmi açıqlamada deyilir: "Bir çox üzv kimi biz də "SportAccord"un tanınmasını, habelə, problemlər həll olunmayanadək maliyyələşməni dayandırırıq. Məsləhətləşmələrin nəticələrini gözləyəcək və bu məsələnin müzakirəsi üçün müvafiq nümayəndələri dəvət edəcəyik".

BOK dopinq, korrupsiya və danışılmış oyunlarla mübarizədə birbaşa kömək etməyə hazırdır. 

Qeyd edək ki, bu yaxınlarda "SportAccord"un rəhbəri Marius Vizer BOK prezidenti Tomas Baxla münaqişəsinin ardından istefa verib. 

Son xəbərlər

Orphus sistemi