​Azərbaycan tələbələrin XXVIII Yay Universiadasında daha bir qızıl medal qazanıb

​Azərbaycan tələbələrin XXVIII Yay Universiadasında daha bir qızıl medal qazanıb Komanda yarışları 2 qızıl, 1 bürünclə başa vurub
Fərdi
12 İyul , 2015 15:12
​Azərbaycan tələbələrin XXVIII Yay Universiadasında daha bir qızıl medal qazanıb

Bakı. 12 İyul. REPORT.AZ/ Azərbaycan komandası tələbələrin XXVIII Yay Universiadasında hesabına daha bir qızıl medal əlavə edib.

"Report" xəbər verir ki, Koreya Respublikasının Kvancu şəhərində keçirilən yarışlarda komandaya növbəti qızılı atlet Hayle İbrahimov qazandırıb.

Hayle kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub. Yarışda 2-ci yeri mərakeşli Züheyr Təlbi (14.02,06), 3-cü yeri isə rusiyalı Rinas Axmadeyev (14.05,88 dəq.) tutub.

Beləliklə, Azərbaycan komandası Universiadanı 2 qızıl və 1 bürünc medalla başa vurmuş olub. Xatırladaq ki, digər atletimiz Hanna Skidan qadınlar arasında çəkicatma yarışlarında qalib olmuşdu. Cüdoçümüz Hüseyn Rəhimli (73 kq) isə bürünc medal qazanmışdı.

Universiadaya iyulun 14-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi