​Azərbaycan gimnastı qızıl medal qazanıb

​Azərbaycan gimnastı qızıl medal qazanıb Digər Azərbaycanlı gimnast isə dayaqla tullanmada 3-cü yeri tutub
Fərdi
14 Sentyabr , 2015 09:32
​Azərbaycan gimnastı qızıl medal qazanıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Tel Əviv şəhərində kişi idman gimnastikası üzrə 1-ci Açıq İsrail Kubokunda Azərbaycan gimnastı Oleq Stepko halqalar və paralel qollar üzərində hərəkətlərdə qızıl medal qazanıb. "Report"un məlumatına görə, Stepko sərbəst hərəkətlərin icrası, həmçinin gimnastika atı üzərində çıxışda isə ikinci yerə sahib çıxıb.

"Bakı 2015" I Avropa Oyunlarının qızıl medalçısı O.Stepko çoxnövçülükdə 89 xal toplayaraq, fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçısı digər idmançımız Petro Paxnyuk isə 4-cü yerdə qərarlaşıb. 2-ci yerə xorvatiyalı Filip Ude, üçüncü yerə isə İsrail gimnastı Aleksandr Şatilov layiq görülüb.

Petro Paxnyuk sərbəst hərəkətlərdə bütün iştirakçılardan güclü olub. Dayaqla tullanmada isə o, 3-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi