​Xoşbəxt Yusifzadə: "AÇQ üzrə yeni pay bölgüsü sazişi imzalanacaq" - ƏLAVƏ OLUNUB

​Xoşbəxt Yusifzadə: "AÇQ üzrə yeni pay bölgüsü sazişi imzalanacaq" - ƏLAVƏ OLUNUB SOCAR rəsmisinin sözlərinə görə, müqavilə 2024-2040-ci illərdə qüvvədə olacaq
Energetika
14 Oktyabr , 2015 16:03
​Xoşbəxt Yusifzadə: AÇQ üzrə yeni pay bölgüsü sazişi imzalanacaq - ƏLAVƏ OLUNUB

Bakı. 14 oktyabr. REPORT.AZ/ İlk xəbər 15:08-də dərc olunub

Bu ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) yatağı üzrə yeni hasilatın pay bölgüsü sazişi imzalanacaq. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərə açıqlamasında deyib.

SOCAR rəsmisinin sözlərinə görə, müqavilə 2024-2040-ci illərdə qüvvədə olacaq.

Xatırladaq ki, AÇQ üzrə bağlanmış pay bölgüsü müqaviləsinin müddəti 2024-cü ildə bitir.

"Bizim qarşımızda iki variant var idi: ya BP şirkətini, yaxud da digər şirkəti seçməli idik. Amma BP şirkətinin burada uzun illər işləməsini və uğurlu əməliyyatını nəzərə alaraq, AÇG üzrə yeni sazişin BP şirkəti ilə imzalanmasını qərara aldıq. Hazırda danışıqlar aparılır. Bu ilin sonuna kimi yeni müqavilə imzalanacaq", - X.Yusifzadə bildirib.

*** 16:03

O qeyd edib ki, yeni müqavilədə SOCAR-ın pay bölgüsü bir qədər artıq olacaq. X.Yusifzadə müqavilənin hələlik 2040-cı ilədək imzalanacağını, amma 2060-cı ilə qədər də uzadıla biləcəyini bildirib: "Müddət daha da uzadılarsa, imkan verəcək ki, köhnə platformalar müəyyən qədər genişləndirilsin, yeni quyular qazılsın. Təxminən 150 quyunun qazılacağı hesablanır, 48 quyuluq yeni platforma quraşdırılacaq". 

X.Yusifzadə AÇG-də ümumi ehtiyatların 2,2 mlrd. ton olduğunu, hazırda 17%-in hasil olunduğunu qeyd edib. Onun sözlərinə görə, 2024-cü ildə hazırkı müqavilə bitən müddətdə 623 mln. ton neft hasilatı nəzərdə tutulur ki, bu da ümumi ehtiyatların 28%-i qədər olacaq. O qeyd edib ki, 2060-cı ilədək isə 1,2 mlrd, ton neft hasil olunacaq.

Son xəbərlər

Orphus sistemi