​Xalik Məmmədov: "SOCAR-ın meqalayihələrinə 12 minədək daimi işçi tələb olunacaq"

​Xalik Məmmədov: "SOCAR-ın meqalayihələrinə 12 minədək daimi işçi tələb olunacaq" Azərbaycan Dövlət Neft Şirkətinin işçilərinin 32%-i ali təhsillidir
Energetika
13 Noyabr , 2015 10:55
​Xalik Məmmədov: SOCAR-ın meqalayihələrinə 12 minədək daimi işçi tələb olunacaq

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaxın 5-10 ildə həyata keçirəcəyi meqalayihələr - Cənub Qaz Dəhlizi, Neft-qaz emalı və neft-kimya Kompleksi, "SOCAR Polymer", "Star" neft emalı zavodu və "Petkojen" layihələri üçün 10-12 min daimi, 30-35 min müvəqqəti işçi tələb olunacaq.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "İnsan resursları forumu-Bakı 2015"də (HR Forum Baku 2015) çıxışı zamanı SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X.Məmmədov qeyd edib ki, SOCAR-ın Azərbaycanda 55 minə yaxın işçisi var ki, onların 17%-i qadın, 83%-i kişidir. "İşçilərin 12%-i rəhbər, 18%-i mütəxəssis, 1%-i texniki xidmətlərlə məşğul olur, işçilərin 69%-ni isə fəhlələr təşkil edir. Elmi dərəcəsi olan işçilərin sayı 260 nəfərdir ki, onların 14%-i elmlər doktorudur, 86%-i fəlsəfə doktorudur. Ali təhsillilər 32%, orta ixtisas təhsilli işçilərin xüsusi çəkisi 13%-dir, 5% peşə təhsillidir, qalan 50% isə orta təhsillidir".

Son xəbərlər

Orphus sistemi