​Vitali Bəylərbəyov: "Aşağı qiymətlər müəyyən vaxtdan sonra yüksək qiymətlərlə əvəzlənəcək"

​Vitali Bəylərbəyov: "Aşağı qiymətlər müəyyən vaxtdan sonra yüksək qiymətlərlə əvəzlənəcək" SOCAR rəsmisinin fikrincə, aşağı qiymətlər yeni texnologiyaların tətbiqini stimullaşdırır
Energetika
4 Noyabr , 2015 14:30
​Vitali Bəylərbəyov: Aşağı qiymətlər müəyyən vaxtdan sonra yüksək qiymətlərlə əvəzlənəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Hazırda neft-qaz sənayesi çağırışlı vaxtdadır. Bu çağırışlar həm qiymətlər, həm də geosiyasi və digər amillərlə bağlıdır. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxışında bildirib.

V.Bəylərbəyov qeyd edib ki, neft sənayesi elə sahədir ki, aşağı qiymətlər müəyyən vaxtdan sonra yüksək qiymətlərlə əvəzlənəcək: "Neft istehsalçıları texnoloji çətinliklərlə üzləşir. Amma aşağı qiymətlər də yeni texnologiyaları labüd edir. Yeni texnologiyalara hər zaman ehtiyac yaranır".

SOCAR rəsmisi konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, tədbir iştirakçılara texnoloji yeniliklərlə tanış olmağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi