Türkiyə və Türkmənistan prezidentləri TANAP layihəsinin həyata keçirilməsi məsələsini müzakirə edəcəklər

Türkiyə və Türkmənistan prezidentləri TANAP layihəsinin həyata keçirilməsi məsələsini müzakirə edəcəklər Türkmənistan prezidenti Türkiyəyə rəsmi səfər edəcək
Energetika
28 Fevral , 2015 13:23
Türkiyə və Türkmənistan prezidentləri TANAP layihəsinin həyata keçirilməsi məsələsini müzakirə edəcəklər

Bakı. 28 fevral. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov martın 3-4-də Türkiyəyə rəsmi səfər edəcək. "Report" dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı Türkmənistan və Türkiyənin ticari-iqtisadi münasibətləri, böyük regional layihələrin həyata keçirilməsi, xüsusilə də Transanadolu Qaz Kəməri (TANAP) layihəsi və Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi məsələləri müzakirə olunacağı nəzərdə tutulub. 

Həmçinin Q.Berdıməhəmmədovun İstanbulda Beynəlxalq Sərmayə Forumunda çıxışı planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi