​"Türk axını" üçün ilk icazə verilib

​"Türk axını" üçün ilk icazə verilib Türkiyə qaz kəmərinin dəniz hissəsinin layihələndirmə işlərinin başlanmasına icazə verib
Energetika
23 İyun , 2015 10:38
​Türk axını üçün ilk icazə verilib

Bakı. 23 iyun. REPORT.AZ/ Türkiyə tərəfi "Türk axını" layihəsi çərçivəsində qaz kəmərinin dənizin dibi ilə keçəcək hissəsinin layihələndirmə işlərinin başlanmasına icazə verib. "Report" xəbər verir ki, bu barədə "Qazprom" ASC-dən açıqlama verilib.

İcazə sənədində boru xəttinin meydana gətirəcək xətlərdən birincisi üçün Türkiyənin müstəsna iqtisadi bölgəsində və dəniz sularında inşaat-mühəndislik işlərinin aparılmasına razılıq verilib.

"Türk axını"nın dəniz hissəsində hər birinin tutumu 15,75 mlrd. kubmetr olan 4 xətt olacaq. Boru xətti 660 km məsafədə "Cənub axını" üçün nəzərdə tutulan marşrutla çəkiləcək. Daha sonra, 250 km-lik məsafədə isə Türkiyənin Avropa qitəsindəki torpaqlarına doğru irəliləyəcək. İlk xəttə qəbul ediləcək qazın tamamilə böyüməkdə olan Türkiyə bazarının istifadəsinə təqdim edilməsi nəzərdə tutulur.

Türkiyə tərəfi, həmçinin "Cənub axını" layihəsinin Türkiyə tərəfi üçün əldə edilən ətraf mühitə təsirinin qiymətləndirilməsi nəticələrinin də bu boru xətti üçün istifadə ediləcəyini təsdiq edib.

Xatırladaq ki, "BOTAŞ" şirkəti ilə "Qazprom" arasında illik ötürmə qabiliyyəti 63 mlrd. kubmetr olan "Türk axını" ilə bağlı 2014-cü il dekabrın 1-də anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi