​TAP-ın meneceri: "Neftin ucuzlaşması TAP-ın inşasına təsir etməyəcək"

​TAP-ın meneceri: "Neftin ucuzlaşması TAP-ın inşasına təsir etməyəcək" Layihənin Yunanıstan üzrə meneceri Rikard Skufias: "Kəmərin strateji əhəmiyyəti böyükdür"
Energetika
28 Mart , 2016 14:49
​TAP-ın meneceri: Neftin ucuzlaşması TAP-ın inşasına təsir etməyəcək

Bakı. 28 mart. REPORT.AZ/ Dünya bazarında neftin ucuzlaşmasına baxmayaraq, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası davam etdiriləcək. “Report” xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias (Rikard Scoufias) deyib.

R.Skufias bildirib ki, kəmərin strateji əhəmiyyəti böyükdür. Bu ilin ortalarında inşasına başlanacaq TAP kəmərinin tikintisi layihəsi yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Qeyd edək ki, bir qrup avropalı şərhçi neft qiymətlərinin enməsi fonunda TAP-ın inşasının dondurula bilinəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi