“SOCAR Trading” ötən il 14 mln. ton neft məhsulu satıb

“SOCAR Trading” ötən il 14 mln. ton neft məhsulu satıb Şirkət 253 mln. barel xam neftin, o cümlədən 166 mln. bareldən çox Azərbaycan mənşəli xam neftin satışını həyata keçirib
Energetika
20 Sentyabr , 2016 13:04
“SOCAR Trading” ötən il 14 mln. ton neft məhsulu satıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ötən il “SOCAR Trading SA” vasitəsilə dünya bazarında 14 mln. ton neft məhsulunun satışı həyata keçirilib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Nefçilər günü münasibətilə “Azərbaycan” qəzetindəki məqaləsində bildirib.

Onun sözlərinə görə, “SOCAR Trading” dünya bazarında 253 mln. barel xam neftin, o cümlədən 166 mln. bareldən çox Azərbaycan mənşəli xam neftin satışını həyata keçirib.

“2008-ci ildən Cenevrədə effektiv fəaliyyət göstərən “SOCAR Trading SA” adlı şirkətimiz əsas etibarilə dünyanın “Total”, “Exxon”, ERG, İOC, “Shell”, “Sunoco”, “Suncor”, OMV, ENİ, “Saras”, BP, “Glencore”, “Unipec”, “Bharat Petroleum Corporation Limited”, PAZ və s. tanınmış neft şirkətlərinə və emal müəssisələrinə Azərbaycan mənşəli xam neftin satışı ilə məşğul olur. Hazırda Azərbaycan nefti ABŞ, Böyük Britaniya, Çin, Hindistan, İndoneziya, Kanada daxil olmaqla dünyanın 25-dən çox ölkəsinə ixrac olunur. Beynəlxalq konsaltinq şirkətlərinin rəyinə əsasən, “SOCAR Trading” Azərbaycan xam neftinin gəlirliyini bir barel üzrə 1,7 dollar artıraraq neftimizin dəyərini 2008-2013-cü illər ərzində 1,05 mlrd. dollar yüksəldib. Şirkət qısa müddətdə dünya bazarında fəaliyyətini genişləndirib, London, Dubay, Hyuston, Kalqari, İstanbul, Qahirə və digər şəhərlərdə nümayəndəliklərini açıb, BƏƏ-də Fuceyra limanında neft terminalı və Maltada LNG terminalının inşası layihələrində uğurla iştirak edib”,-deyə R.Abdullayev qeyd edib. 

Son xəbərlər

Orphus sistemi