​SOCAR prezidenti Əfqanıstanın nümayəndə heyətini qəbul edib

​SOCAR prezidenti Əfqanıstanın nümayəndə heyətini qəbul edib Böyük neft-qaz potensialına malik olan Əfqanıstan Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
Energetika
9 Aprel , 2015 16:41
​SOCAR prezidenti Əfqanıstanın nümayəndə heyətini qəbul edib

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayevlə Əfqanıstanın mədən və neft naziri Daud S. Sabanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

R.Abdullayev Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişaf etdiyini, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlərin araşdırıldığını deyib və belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib.

Əfqanıstanlı nazir ölkəsini Azərbaycanla dərin tarixi və mədəni köklər birləşdirdiyini, son illərdə Azərbaycanın sürətli inkişafından bir dost ölkə olaraq qürur duyduqlarını qeyd edib, bu inkişafda neft-qaz sənayesinin rolunu vurğulayıb, ölkəmizin enerji sektorunun avanqardı olan SOCAR-ın artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını bildirib. Böyük neft və qaz potensialına malik olan Əfqanıstanın artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlığa başladığını deyən qonaq bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini, Əfqanıstanın yeraltı sərvətlərinin işlənilməsi istiqamətində SOCAR ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb. O, bütün sahələrdə, xüsusilə neft və qaz sektorunda inkişaf etmiş Azərbaycan iqtisadiyyatının Əfqanıstan üçün uğurlu bir model ola biləcəyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi