SOCAR Kulevi terminalını genişləndirəcək

SOCAR Kulevi terminalını genişləndirəcək Bunun gələn il həyata keçirilməsi planlaşdırılır
Energetika
25 Aprel , 2016 14:52
SOCAR Kulevi terminalını genişləndirəcək

Bakı. 25 aprel. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft Şirkəti Kulevi terminalının (Qara dəniz, Gürcüstan) genişləndirilməsi layihəsi üzrə işlər görür. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Marketinq və Əməliyyatlar İdarəsinin İxrac əməliyyatları Departamentinin neft və neft məhsullarının ixrac əməliyyatları şöbəsinin rəis müavini Kamran Məmmədzadə bildirib. 

Onun sözlərinə görə, gələn il Kulevi terminalı genişləndiriləcək: "Hazırda terminalın 16 saxlanma anbarının gücü 320 min kubmetr təşkil edir".

Son xəbərlər

Orphus sistemi