​SOCAR Ceyhan limanından neft ixracını 31% artırıb

​SOCAR Ceyhan limanından neft ixracını 31% artırıb Bu il 10,1 mln. ton neft ixrac olunub
Energetika
1 Avqust , 2016 17:47
​SOCAR Ceyhan limanından neft ixracını 31% artırıb

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin iyul ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 569 086 ton xam neft ixrac edib. 

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin iyul ayından 31% çoxdur.

Ümümilikdə, yanvar-iyul ayları ərzində Ceyhan limanından 10 105 879 ton neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 2,83% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Son xəbərlər

Orphus sistemi