SOCAR bu il 74 min metrdən çox qazma işləri görüb

SOCAR bu il 74 min metrdən çox qazma işləri görüb İlin əvvəlindən 39 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib
Energetika
5 Sentyabr , 2016 14:02
SOCAR bu il 74 min metrdən çox qazma işləri görüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 567 metr qazma işi həyata keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 12 484 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 74 248 metr qazma işi görülüb ki, bunun da 72 948 metri istismara, 1 300 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, avqust ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 39 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi